Ukrayna bu ölkələrdən 760 milyon dollar qrant aldı
    • 28-02-2024, 17:15
    • 147

Ukrayna bu ölkələrdən 760 milyon dollar qrant aldı

Ukrayna Yaponiya və Norveçdən geri qaytarılmayan 760 milyon dollar alıb. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumat görə, vəsaitlər dövlət büdcəsinin xərclərini qismən kompensasiya etmək və sair xərclər üçün istifadə olunacaq.

Bildirilir ki, Ukrayna 2024-cü il ərzində 1,2 milyard dollarlıq xarici maliyyə yardımını Dünya Bankı vasitəsilə donorlardan artıq alıb.

Mehriban Mirzəzadə