Bakıda ticarət mərkəzindən OĞURLUQ
    • 28-02-2024, 17:44
    • 187

Bakıda ticarət mərkəzindən OĞURLUQ

Bakıda ticarət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində mağazaların birindən 4500 manat dəyərində yataq dəstləri oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən A.Seyidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.