Nigeriyada meningit epidemiyası: 20 tələbə öldü
    • 28-02-2024, 17:56
    • 558

Nigeriyada meningit epidemiyası: 20 tələbə öldü

Nigeriyanın Yobe əyalətinin Təhsil Nazirliyinin rəsmilərindən olan Məhəmməd İdris mətbuata verdiyi açıqlamada əyalətdəki bəzi məktəblərdə meningit epidemiyası aşkar etdikləri barədə məlumat paylaşıb.

News24.az xəbər verir ki, İdris epidemiya səbəbiylə 20 şagirdin öldüyünü, bəzi tələbələrin isə xəstəxanada müalicə olunduğunu bildirib.

Məhəmməd İdris, menengit epidemiyasına qarşı sağlamlıq tədbirlərini artırdıqlarını və lazımi tədbirləri gördüklərini qeyd etdi.

Nigeriya hökuməti 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün yeni tədbirlər gördüyünü açıqladı.

Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədəni təsir edə bilər.

Günel Məlikzadə