-
- 29-02-2024, 14:19
- 186
Putin xalqa müraciət edib
Dövlət televiziyasının yayımladığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin xalqa illik müraciətinə parlamentin hər iki palatasından rusiyalı deputatlara başlayıb.
News24.az xəbər verir ki, Rusiyada prezident seçkilərinə təxminən iki həftə qalmış danışan Putin bildirib ki, rusiyalıların mütləq əksəriyyəti Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir.
Heç kimin Rusiyanın daxili işlərinə qarışmasına imkan verməyəcəklərini ifadə edən Putin, “Qərb Rusiyanı daxildən zəiflətməyə çalışır” deyib.
Çıxışına davam edən Putin, "Ordumuzun Ukraynada təşəbbüsü var, o, yeni bölgələri azad edir. Biz münaqişəyə son qoymaq və xüsusi hərbi əməliyyat tapşırıqlarını həll etmək üçün hər şeyi edəcəyik" deyib.
Günel Məlikzadə