-
- 1-03-2024, 15:29
- 283
Putin müharibəni bitirmək üçün Ukraynaya nə təklif etdi?
Rusiya ilə Ukrayna arasında baş tutan danışıqların bəzi təfərrüatları məlum olub.
“The Wall Street Journal” danışıqlar prosesinin bəzi təfərrüatlarını təqdim edərək yazır:
Rusiya prezidenti Vladimir Putin son həftələrdə açıq şəkildə eyham vurmuşdu ki, Kiyevin hərbi gücünün zəiflədiyi bir vaxtda Ukraynada müharibəyə Moskvanın şərtləri ilə son qoymaq üçün müzakirələrə açıq olacaq. Rusiya razılaşmanın konturlarını müharibənin başlanmasından təxminən altı həftə sonra - 2022-ci ilin aprelində Rusiya və Ukrayna müzakirəçiləri tərəfindən hazırlanan sülh müqaviləsi layihəsində görmək olar. Qərb rəsmiləri və analitikləri deyirlər ki, iki il davam edən döyüşlərdən sonra bu məqsədlər demək olar ki, dəyişməz qalır
Müqavilə layihəsində bildirilirdi ki, Ukraynanın Aİ-yə daxil olma ehtimalına baxmayaraq, NATO kimi hərbi ittifaqlara qoşulmasına icazə verilməyəcək. Ukrayna torpaqlarına xarici silahlar buraxılmayacaq, Ukraynanın silahlı qüvvələri müəyyən qədər ixtisar ediləcək. Rusiya qoşunların və tankların sayından tutmuş Ukrayna raketlərinin maksimum məsafəsinə qədər hər şeyi məhdudlaşdırmağa çalışıb.
Krım yarımadası Moskvanın təsiri altında qalacaq və neytral sayılmayacaq. Moskva həmçinin hökumətdə və məhkəmələrdə rus dilinin Ukrayna dili ilə bərabər fəaliyyət göstərməsini israr edir.
2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş Ukraynanın şərqinin gələcəyi layihəyə daxil edilməyib və bu, şəxsi danışıqlar səviyyəsində Putin və Zelenskinin ixtiyarına verilib.
“The Wall Street Journal” eyni zamanda bildirir ki, Rusiya Ukrayna raketlərinin uçuş məsafəsinin 40 kilometrlə məhdudlaşdırılmasını istəyir.
Qumral