-
- 4-03-2024, 09:12
- 239
İranın 80 milyard dollarlıq qaz planı açıqlandı
İran yaxın beş ildə gündəlik qaz hasilatını 1,3 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Bu barədə məlumatı İranın neft naziri Cavad Ovci açıqlayıb.
İranın SNN telekanalının yaydığı məlumata görə, nazir bildirib ki, hazırda gündəlik qaz hasilatı 1,07 milyard kubmetrdir. Onu 1,3 milyard kubmetrə qədər artırmaq üçünn ölkə qaz hasilatı kompleksinə 80 milyard dollardan çox vəsait ayıracaq.
Qeyd edək ki, İranın qaz hasilatını artırmaq planları 20 ilə yaxındır səsləndirilir. Dünyada qaz ehtiyatlarının həcminə görə ikinci olan ölkənin cənub şərq əyalətlərinin bir çoxunda qazla təchizat minimum səviyyədədir. Rəsmi Tehranın müntəzəm olaraq dilə gətirdiyi gurultulu vədlərə rəğmən, İran hələ öz daxili tələbatını ödəcək qaz hasilatı və təchizat şəbəkəsini belə qura bilməyib.