İsrail kömək gözləyən fələstinlilərə atəş açdı
    • 5-03-2024, 09:31
    • 209

İsrail kömək gözləyən fələstinlilərə atəş açdı

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, İsrail ordusunun un və ərzaq yardımı almaq üçün Qəzza şəhərinin cənubundakı Səlahəddin küçəsindəki Küveyt qovşağına gələn fələstinli mülki vətəndaşlara real güllələrlə atəş açdığı bildirilib. 

News24.az xəbər verir ki, açıqlamada İsrailin fələstinliləri hədəf alması aclığı daha da artırmaq, mühasirəni davam etdirmək və Qəzzada bu humanitar fəlakəti davam etdirmək istədiyinin göstəricisidir.

Bəyanatda Qəzza zolağında humanitar vəziyyətin pisləşməsinə görə ABŞ, İsrail və beynəlxalq ictimaiyyətin tamamilə məsuliyyət daşıdığı vurğulanıb və soyqırım müharibəsinin dayandırılması, bütün əyalətlərə 1000 yük maşını yardımın çatdırılması çağırışı edilib. 

İsrail ordusunun hücumu nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı məlumat yer almayıb.

Günel Məlikzadə