İmmiqrantların həbs olunması dayandırıldı
    • 5-03-2024, 13:53
    • 171

İmmiqrantların həbs olunması dayandırıldı

ABŞ Ali Məhkəməsi Texas ştatında polisə Meksika sərhədindən ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantları həbs etmək səlahiyyəti verən qanunu müvəqqəti olaraq dayandırıb.

News24.az xəbər verir ki, “The Washington Post” qəzetinin yazdığına görə, ABŞ Ali Məhkəməsinin hakimi Samuel Alito sözügedən qanunun fəaliyyətini martın 13-dək dayandırmağa qərar verib.

Alito öz qərarında Texas ştatının rəsmilərinin məhkəməyə öz arqumentlərini təqdim etmək üçün 11 Mart bazar ertəsi gününə qədər vaxt verdiyini bildirdi.

Qeyd edək ki, Texas qubernatoru Greg Abbott qanunu 2023-cü ilin dekabrında təsdiqləyib. Yerli hakimlərə qeyri-qanuni mühacirlərin ölkədən çıxarılması ilə bağlı qərar vermək səlahiyyəti də verən qanunun bu gündən qüvvəyə minməsi planlaşdırılırdı.

Günel Məlikzadə