-
- 5-03-2024, 17:11
- 241
Rusiya daha iki hərbi zona yaradır
Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşdə çıxış edən Şoyqu ölkə daxilində yeni hərbi bölgələrin yaradıldığı barədə məlumat paylaşıb.
News24.az xəbər verir ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensial yaratdığını, Finlandiyanın NATO üzvü olduğunu və İsveçin də Alyansa qoşulacağını xatırladan Şoyqu dedi:
"Şimal-qərb və qərb strateji istiqamətlərdə qoşun qruplarını gücləndirmək üçün addımlar atdıq. Leninqrad və Moskva Silahlı Qüvvələrdəki hərbi bölgələr iki xüsusi strateji regional birlik yaradıldı".
Günel Məlikzadə