Tanınmış aktyora AĞIR İTKİ
    • 5-03-2024, 20:45
    • 387

Tanınmış aktyora AĞIR İTKİ

Məşhur Türkiyəli aktyor Birand Tuncanın 18 ildir xərçəng xəstəliyindən əziyyət çəkən  anası vəfat edib.

News24.az xəbər verir ki, bu barədə “Cumhuriyyət” qazeti məlumat yayıb.

Başda Erkenci Kuş olmaqla bir çox məşhur seriallarda tamaşaçılarla görüşən məşhur aktyor Birand Tunca ötən gün anasını son mənzilə yola salıb.

Birand Tunca  anasının ölümündən sarsılıb. O, 18 ildir xərçəng xəstəliyindən müalicə olunan anası Yasemin Sözeni itirdiyinə görə çox kədərlənib.

Aktyorun məşhur dostları, o cümlədən Hande Erçel, Burak Deniz, Bestemsu Özdemir və Berk Erçer onu kədərli günündə tək qoymayıb.

Mehriban Mirzəzadə