Ramazan hilalı ilk olaraq burada görünəcək
    • 6-03-2024, 13:59
    • 226

Ramazan hilalı ilk olaraq burada görünəcək

Türkiyə Diyanət İşləri Başçılığı Diyanət İşləri Yüksək Şurasının Astronomu Gürhan Eren məsələ ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, ayparanın görünmə meyarlarının 2016-cı ildə keçirilən Beynəlxalq Hicri Təqvim Birliyi Konqresində alınan qərarlarla müəyyən edildiyini ifadə edən Eren dedi:

"Ramazan hilalı ilk olaraq Atlantik okeanı ilə Şimali və Cənubi Amerika qitələrində görünəcək. Konqresdə alınan qərarlara görə, Amerika qitəsində görünəcək aypara səbəbiylə Ramazan ayına 11 Martda başlayacağıq".

Günel Məlikzadə