Məktəbin tualetində şagirdi zorladı
    • 7-03-2024, 20:30
    • 295

Məktəbin tualetində şagirdi zorladı

Rusiyanın Çelyabinsk vilayətindəki məktəblərdən birində bədən tərbiyəsi müəllimi 9-cu sinif şagirdlərindən birinə qarşı təcavüz etməkdə ittiham olunur.

News24.az Lent.az-a istinadla bildirir ki, zərərçəkən qızın anası polisə müraciət edib. O, bildirib ki, müəllim məktəbin tualetində qızına qarşı qanunsuz hərəkətlər edib.

Həmçinin qadın 2023-cü il aprelin 1-dən iyunun 31-dək uşağın zorlandığını bildirib.

Artıq faktla bağlı cinayət işi başlanıb. Müstəntiqlər şübhəli şəxsi dindiriblər. Ona başqa yerə getmək qadağan edilib.