Rusiyada 7 yaşlı qıza atası və qardaşı təcavüz etdi
    • 1-08-2018, 14:17
    • 1 479

Rusiyada 7 yaşlı qıza atası və qardaşı təcavüz etdi

Leninqrad vilayətinin Tosno şəhərinin Radofinnikof qəsəbə sakini 38 yaşlı Leonis Samoylov öz qızına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb. Eyni zamanda 16 yaşlı İqor Samoylovun da öz doğma bacısına qarşı seksual hərəkətlər etdiyi bildirilir.

News24.az-ın məlumatına görə, 7 yaşlı qız öz xaç anasına, 2017-ci ildən etibarən atası və qardaşı tərəfindən zorlandığını bildirən kimi, qadın hüquq mühafizə orqanlarına müraciət edib.

7 yaşlı qızın anasının illər öncə valideynlik hüququndan məhrum edilərək, atasının himayəsinə verildiyi bildirilir. Maraqlıdır ki, ata özü də kriminal keçmişə malikdir. O, dəfələrlə narkotik maddələrin istifadəsi və satışına görə məsuliyyətə cəlb olunub.
 
İlhamə