“Avroviziya 2024” təmsilçimiz müəyyənləşdi
    • 8-03-2024, 10:56
    • 340

“Avroviziya 2024” təmsilçimiz müəyyənləşdi

Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb.  

News24.a bu barədə “Avroviziya”yanın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, yarışmaya bu il iştirakçı kimi Fahree gedəcək.

Xatırladaq ki, Fəxri İsmayıl 1995-ci ildə Bakıda anadan olub. O, musiqiçi ailəsində böyüyüb.