Zelenski İstanbula gedib
    • 8-03-2024, 19:40
    • 258

Zelenski İstanbula gedib

Zelenski və onu müşayiət edən nümayəndə heyətini aparan təyyarə Atatürk hava limanına enib.

News24.az xəbər verir ki, Ukrayna Prezidenti Zelenski və Ukrayna Müdafiə naziri Rüstəm Umerov da daxil olmaqla nümayəndə heyətini Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəsinin müavini Mehmet Zahit Uzun, Zeytinburnu rayon valisi Adem Uslu, 1-ci Ordu Əməliyyat Qərargahı rəisinin müavini, briqada generalı Əli İhsan Bulut qarşılayıb.

Səfər çərçivəsində Zelenski prezident Ərdoğanla görüşəcək.

Görüşdə Ukrayna və Rusiya arasında davam edən müharibənin gedişi müzakirə olunacaq.

Qeyd edək ki, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi və bölgədə daimi sülh axtarışları ilə bağlı təmaslardakı son vəziyyətin ətraflı müzakirə ediləcəyi görüşdə gündəm mövzularından biri də Türkiyə-Ukrayna münasibətləri olacaq.

Günel Məlikzadə