Məşhur diktor vəfat etdi
    • 10-03-2024, 23:38
    • 1 021

Məşhur diktor vəfat etdi


Rusiyanın xalq artisti, SSRİ Mərkəzi Televiziyasının diktoru və teleaparıcı Svetlana Morqunova 84 yaşında vəfat edib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Svetlana Morqunova 1961-ci ildən SSRİ Mərkəzi Televiziyasının diktoru olub. O, həmçinin “Mavi işiq” və “Səhər poçtu” proqramlarının aparıcılarından biri olub.