Çindən 6 ölkəyə viza azadlığı
    • 11-03-2024, 19:15
    • 209

Çindən 6 ölkəyə viza azadlığı

Çin Xarici İşlər Nazirliyi 6 ölkə vətəndaşlarına vizasız gediş-gəlişin verildiyini açıqlayıb.

News24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Departamenti, İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq vətəndaşlarının martın 14-dən noyabrın 30-dək Çinə 15 gün vizasız gedə biləcəklərini açıqlayıb.

Bildirilib ki, vizadan azad olunma yalnız biznes, turizm, ailə səfərləri və tranzit səyahətləri əhatə edəcək.

Fərqli ölkələrə tətbiq edilən viza azadlığı qaydaları ilə xaricdən Çinə səyahətlərin artırılması hədəflənir.

Günel Məlikzadə