Ramazanda dünyanın ən uzun və ən qısa orucu
    • 11-03-2024, 20:30
    • 299

Ramazanda dünyanın ən uzun və ən qısa orucu

Müsəlmanlar müxtəlif ölkələrdə Ramazan ayına bazar ertəsi, martın 11-i və ya ertəsi gün başlamağa hazırlaşarkən, oruc tutma müddətləri ölkələrin ekvatora yaxınlığına görə dəyişəcək.

News24.az xəbər verir ki, şimal yarımkürəsində yazın, cənub yarımkürəsində payızın yaşandığı, gecə ilə gündüzün bərabər olduğu martın 20-də yaz bərabərliyi ilə üst-üstə düşən bu Ramazanda ilk günlər arasında 2 saata yaxın fərq müşahidə olunacaq. 

Digər tərəfdən, ekvatora yaxın bölgələrdə Ramazan ayı boyunca orucluq müddəti 13 saatdan bir qədər çox olacaq.

Ən uzun oruc Ramazan ayının mümkün son günü olan aprelin 9-da İslandiyanın Reykyavik şəhərində 16 saat 36 dəqiqə, ən qısa oruc isə Çilinin Punta Arenas və Yeni Zelandiyanın Dunedin şəhərlərində 12 saat 51 dəqiqə olacaq. Buna görə, bu il dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların oruc tutma vaxtları arasındakı fərq 4 saatı keçməyəcək.

Günel Məlikzadə