Məşhur oyun geri qayıdır
    • 12-03-2024, 13:22
    • 280

Məşhur oyun geri qayıdır

"Warner Bros." tərəfindən təqdim olunan və böyük təsir bağışlayan "MultiVersus" geri qayıdır. Bir çox məşhur personajların yer aldığı döyüş oyunu, may ayında çıxacaq mühüm yeniləmələrlə yenidən təqdim ediləcək.

News24.az xəbər verir ki, oyun tərtibatçısı "Player First Games" və naşir "Warner Bros Games"in sözlərinə görə, "MultiVersus" mayın 28-də işə salınacaq. Döyüş oyununun yenidən "PC, PS4, PS5, Xbox One və Xbox Series X|S" üçün oynana biləcəyi bildirildi.

Mayın 28-də təqdim olunacaq yeniləmə ilə oyun tam olaraq buraxılacaq. İstehsalın Unreal Engine 5-dən istifadə edilərək yenidən işlənib hazırlandığı və qrafikanın çox daha təkmil olacağı bildirildi.

Digər tərəfdən, bütün dünyada oyunçuları problemsiz birləşdirmək üçün bəzi yeniləmələr edildi. Şirkət yenilənmiş netkod sistemindən istifadə edəcəyini söylədi. 

Günel Məlikzadə