Müdafiə nazirlərinin görüşü keçiriləcək
    • 12-03-2024, 22:28
    • 167

Müdafiə nazirlərinin görüşü keçiriləcək


Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Çikovani Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşü zamanı bildirib.

Gürcüstan MN-in məlumatına görə, görüş zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının vacibliyinə diqqət çəkilib.

İrakli Çikovani müdafiə nazirlərinin bu formatda görüşünün bu il Gürcüstanda keçiriləcəyini vurğulayıb.