-
- 13-03-2024, 18:00
- 276
Fransa Korsikaya muxtariyyət statusu verəcək
Fransanın daxili işlər naziri Jerald Darmanin martın 11-də elan edib ki, ölkə hökuməti və Korsikanın seçilmiş nümayəndələri Aralıq dənizi adasının respublika daxilində muxtar statusunun tanınmasını nəzərdə tutan konstitusiya mətni layihəsi üzərində razılığa gəliblər.
News24.az xəbər verir ki, bu b arədə “ Le Monde” məlumat yayıb.
Məlumata görə, mətn indi səsvermə üçün Korsika Assambleyasına göndəriləcək.
İclasda iştirak edən Darmanen və adanın seçilmiş nümayəndələri bu mətnin birinci bəndi ilə bağlı yekdil razılığa gəliblər.
“Mövcud konstitusiya Korsikanın Aralıq dənizindən təcrid olunması ilə bağlı öz maraqlarını nəzərə alan respublikanın tərkibində muxtar statusunun tanınmasını, onun tarixi, dil və mədəni birliyi ilə xüsusi əlaqə qurmuş olmasını nəzərdə tutur”,- deyə mətində yazılıb.
Darmanen əlavə edib ki, hökumət və seçilmiş nümayəndələr də adada "qanun və qaydaların uyğunlaşdırıla biləcəyi" mövzusunda razılaşıblar.
Mehriban Mirzəzadə