Qurban Qurbanov Xabi Alonsoya sürpriz hazırlayıb?
    • 14-03-2024, 11:11
    • 279

Qurban Qurbanov Xabi Alonsoya sürpriz hazırlayıb?

Bu gün Avropa Liqasının 1/8 finalında "Bayer 04" "Qarabağ"la qarşılaşacaq.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, Bakıdakı görüş kifayət qədər maraqlı keçmişdi. Qapılara 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməmişdi. Görəsən, "köhlən atlar" Leverkuzendə sürpriz nəticə əldə edə biləcək? Bu, Qurban Qurbanovun meydana buraxacağı futbolçulardan asılıdır. Böyük ehtimal ilk oyundan fərqli olaraq cavab matçında "Qarabağ"ın heyətində dəyişikliklər olacaq. Qurban Qurbanovun döyüşə ata biləcəyi təxmini "11-liy"i diqqətinizə çatdırırıq:

Qapıda Andrey Lunyovun dayanacağına şübhə yoxdur. Müdafiənin solunda Elvin Cəfərquliyev yer alacaq. Mərkəzdə Bəhlul Mustafazadə - Bəhlul Hüseynov ikilisi top qovacaq. Müdafiənin sağında Marko Veşoviç çıxış edəcək. Cəzası bitən Julio Romao yarımmüdafiənin dayağında yer alacaq. Ondan bir qədər öndə Marko Yankoviç hücumlar qurmağa cəhd edəcək. Sol cinahda Abdulla Zubir, sağda isə Leandro Andrade vingerlik edəcək. Yassin Benzya pleymeyker funksiyasını yerinə düşəcək. Olavio Juninyo isə əlinə düşən şanslarını dəyərləndirməyə çalışacaq.