Tbilisidə partlayış baş verib
    • 14-03-2024, 17:45
    • 145

Tbilisidə partlayış baş verib

Gecə saatlarında Tbilisinin Samtredi küçəsində partlayış baş verib.

News24.az xəbər verir ki, partlayış yaşayış binalarından birinin 1-ci mərtəbəsində təmir işləri aparılan yerdə baş verib.

Partlayış nəticəsində binanın fasadı uçub. Mövcud məlumata görə, hadisə nəticəsində yaxınlıqdakı binaların şüşələri və avtomobillər zədələnib.

Baş verən güclü partlayış nəticəsində binanın sakinləri müvəqqəti olaraq otellərdə yerləşdiriliblər.

Məlumatlara görə, qeyd olunan ünvanda 93 ailə yaşayır. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.