"Onkoloji xəstəliklərin dərmanları böyük məbləğ tələb edir"
    • 15-03-2024, 12:20
    • 505

"Onkoloji xəstəliklərin dərmanları böyük məbləğ tələb edir"

Onkoloji xəstələrin dərman ehtiyacının sığorta ilə təmin edilməməsi anlaşılan deyil. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Əhliman Əmiraslanov deyib. 

"Onkoloji xəstəliklərin dərmanları böyük məbləğ tələb edir. Onkoloji xəstələrin dərmanlarının sığorta ilə qarşılanması dəfələrlə müzakirə edilsə də, nəticə əldə edilməyib. Bu, təxirə salınmadan təmin edilməlidir", - deyə millət vəkili vurğulayıb.

Qumral