"Sərhədi keçmək cəhdinin qarşısı alındı"
    • 15-03-2024, 14:11
    • 258

"Sərhədi keçmək cəhdinin qarşısı alındı"

Rusiya Müdafiə Nazirliyi bu gün verdiyi açıqlamada Ukraynanın dünən Belqorod vilayətində sərhədyanı hücuma keçmə cəhdinin qarşısı alındığını bildirib.

News24.az xəbər verir ki, nazirlik bu gün Rusiyada keçiriləcək prezident seçkiləri üçün səsvermənin başlaması ilə bağlı açıqlama verib.

Ukraynanın son aylarda mütəmadi olaraq hücumlara məruz qalan sərhəd əyaləti Belqorod bölgəsinə vertolyotlarla quru qoşunlarını endirməyə cəhd etdiyi qeyd edilib.

Ukrayna Baş Qərargahı Rusiyanın gecə saatlarında ölkəyə hücumlar təşkil etdiyini açıqlayıb.

Kiyevdən verilən açıqlamada Rusiyanın Xarkov, Donetsk və Poltavaya hücum etdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Ukrayna ordusunun döyüş əməliyyatları nəticəsində Kirovoqrad, Nikolayev, Xarkov, Xerson, Xmelnitski, Vinnitsa və Kiyev vilayətlərində bütün pilotsuz uçuş aparatları (PUA) vurulub.

Günel Məlikzadə