İsrailin Müharibə və Təhlükəsizlik Kabineti toplandı
    • 15-03-2024, 19:45
    • 272

İsrailin Müharibə və Təhlükəsizlik Kabineti toplandı

Mövzu ilə bağlı Baş nazirlik Mətbuat İdarəsindən yazılı açıqlama verilib.

News24.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun sədrliyi ilə Təl-Əvivdə Hərbi Nazirlər Kabinetinin iclasının keçirildiyi bildirilib.

İclasın gündəliyi, görüşün nəticəsi ilə bağlı məlumat verilməyib. İsrail mətbuatı Hərbi Nazirlər Kabinetinin iclasının əsir mübadiləsi və müvəqqəti atəşkəs səylərinin gündəmdə olduğu bir dövrdə keçirildiyinə diqqət çəkib.

Açıqlamada, Müharibə Nazirlər Kabinetinin iclası başa çatdıqdan sonra Təhlükəsizlik Kabinetinin toplandığı bildirilib.

Həmas dünən İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı təklifi Qətər, Misirdəki vasitəçilərə göndərdiklərini açıqladı.

İsrail Baş nazirliyinin mətbuat idarəsindən verilən açıqlamada, HƏMAS-ın son təklifindəki tələblərinin "məntiqsiz" olduğu irəli sürülüb.

Günel Məlikzadə