2 nəfərə zor tətbiq edərək pul oğurlayan şəxslər SAXLANILDI
    • 24-04-2019, 10:51
    • 657

2 nəfərə zor tətbiq edərək pul oğurlayan şəxslər SAXLANILDI

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şossesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. 

Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hazırda faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.