Rusiyanın ABŞ-dakı səfirindən seçki tənqidi
    • 16-03-2024, 19:20
    • 123

Rusiyanın ABŞ-dakı səfirindən seçki tənqidi

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ölkəsində keçirilən seçkilərdən danışıb.

News24.az TASS agentliyinə istinadən xəbər verir ki, Antonov “dost olmayan ölkələrin səylərini” tənqid edib.

“Qeyd etmək istərdim ki, düşmənlərin səyləri bütün ölkədə və xaricdə uğurla, fəal şəkildə keçirilən Rusiya prezident seçkilərini poza bilməz”, - deyə səfir bildirib.

Antonov deyib ki, martın 17-də Vaşinqton, Nyu-York və Hyustondakı rus diplomatları nəinki konstitusion hüquqlarından istifadə edəcək, həm də bütün mümkün vasitələrlə Rusiya vətəndaşlarının səsvermədə iştirakını, öz taleyüklü seçimlərini təhlükəsiz şəraitdə edə bilmələrini təmin edəcəklər.

Günel Məlikzadə