Rusiyadan ÇAĞIRIŞ: Amerikalılar, əslində, erməni siyasətçilərinin...
    • 26-09-2023, 12:00
    • 252

Rusiyadan ÇAĞIRIŞ: Amerikalılar, əslində, erməni siyasətçilərinin...

Moskva Vaşinqtonu Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artmasına səbəb olan təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırıb. 

News24.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

“Biz Vaşinqtonu Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan son dərəcə təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırırıq. Bu onu təsdiqləyir ki, ABŞ və müttəfiqlərinin vəzifəsi Cənubi Qafqazın vəziyyətini və dinc inkişafını normallaşdırmaq deyil, Rusiyaya strateji ziyan vurmaq və bizi bu regiondan sıxışdırıb çıxarmaq perspektivi ilə Avrasiya məkanında qəsdən sabitliyi pozmaqdır”, - diplomat bildirib. 

O, ABŞ administrasiyasının nümayəndələrinin Rusiya Federasiyasının Ermənistan üçün təhlükəsizlik sahəsində etibarlı tərəfdaş olmadığı barədə bəyanatlarını şərh edib.

“Yerli məmurların bu cür eyhamları hədsizdir. Amerikalılar, əslində, erməni siyasətçilərinin qeyri-konstruktiv ictimai bəyanatlarını təkrarlayırlar ki, onların məqsədi daxili və xarici siyasətdə öz səhvlərinə görə məsuliyyətdən azad olmaqdır”, - Antonov vurğulayıb.

Akqabay