Qazaxıstan XİN rəhbəri Ermənistana səfər etdi
    • 17-03-2024, 21:04
    • 135

Qazaxıstan XİN rəhbəri Ermənistana səfər etdi



Qazaxıstanın xarici işlər naziri Murad Nurtleu martın 17-18-də Ermənistanda ikigünlük işgüzar səfərdə olacaq.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan Telegram kanalında məlumat verib.

Martın 18-də Nurtleu erməni həmkarı Ararat Mirzoyanla görüşəcək, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər.