Ramazanın səkkizinci gününün duaları - İmsak və iftar vaxtları
    • 17-03-2024, 21:37
    • 252

Ramazanın səkkizinci gününün duaları - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının səkkizinci günüdür.

News24.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 18-də imsak vaxtı saat 05:21-də, iftar vaxtı isə 19:05-dədir. 

Martın 18-i üçün namaz vaxtları: 

Sübh azanı05:26
Zöhr azanı12:49
Əsr azanı17:04
Məğrib azanı19:05
İşa azanı20:06

Səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi: 

“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!