Əhalinin NƏZƏRİNƏ: - Martın 19-dan...
    • 18-03-2024, 10:21
    • 5 471

Əhalinin NƏZƏRİNƏ: - Martın 19-dan...

Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.

News24.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.