Ssenaristdən qalmaqal yaradan serial barədə AÇIQLAMA
    • 18-03-2024, 11:13
    • 759

Ssenaristdən qalmaqal yaradan serial barədə AÇIQLAMA

“Məni burda iki şey narahat edir. Birincisi Elm və Təhsil Nazirliyinin adının əsassız yerə hallanmasıdır. Çünki bu serialın müvaffiq nazirliyə heç bir aidiyyatı yoxdur. İkincisi isə jurnalistlərin heç bir araşdırma aparmadan xəbər yaymasıdır”. 

Bu sözləri News24.az-a açıqlamasında yazıçı Tural Cəfərov (Qan Turalı) ssenaristi olduğu “Gündəlik” serialı ilə bağlı tənqidlərə cavab verərkən deyib. O bildirib ki, serial baxmayanlar da onları tənqid edir:

“Bu sosial çarx, ya da klip deyil, serialın bir səhnəsidir. Və bu səhnə haqqında fikir bildirmək üçün ən azı bütöv seriyaya baxmaq lazımdır. Bütövlük ədəbi əsərin əsas keyfiyyətlərindən biridir. Seriala baxan istənilən şəxslə müzakirəyə hazıram. Ancaq yayılan səhnə belə jurnalistikamızın real vəziyyətini ortaya qoyur. Mən ən çox buna təəssüf edirəm. Ancaq "Gündəlik" məhz bu məqamlar üçün var, "Gündəlik" sosial tənqid üçün var. Və mən inanıram ki, bu seriala baxan onlarla, yüzlərlə uşaq məhz jurnalist olmaq istəyəcək. Çünki əsl jurnalistika xalqın mənafeyini ifadə edir. Dünən "Molla Nəsrəddin" hansı mövqedə dayanırdısa, "Gündəlik" də həmin səngəri qoruyur”.

Könül İbrahim