“Neftçi” - “Spartak” oyununun başlama saatı dəqiqləşib
    • 18-03-2024, 15:30
    • 230

“Neftçi” - “Spartak” oyununun başlama saatı dəqiqləşib

"Neftçi"nin "Spartak" (Moskva) ilə yoldaşlıq oyununun başlama saatı açıqlanıb.

News24.az İdman.Biz-ə istinadən bildirir ki, "ağ-qaralar" Rusiyanın ən titullu klubu martın 23-də, saat 18:00-da üz-üzə gələcək.

Qarşılaşma "Neftçi Arena"da təşkil olunacaq. Matçın biletləri tezliklə satışa çıxarılacaq.