Blinken: "Cənubi Koreyanı dəstəkləyəcəyik"
    • 18-03-2024, 19:15
    • 242

Blinken: "Cənubi Koreyanı dəstəkləyəcəyik"

ABŞ dövlət katibi Antoni Blinken Pxenyanın ballistik raket buraxılışını pisləyərək, Şimali Koreyanın "təxribatlarına" qarşı Cənubi Koreyanı dəstəkləməyə davam edəcəklərini bildirib.

News24.az Yonhap-ın məlumatına istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, nazir Ço Tae-yulun “Demokratiya Zirvəsi”nə qatılmaq üçün paytaxt Seula səfər edən Blinkenlə görüşdüyü bildirilib.

Qeyd olunub ki, Blinken və Ço Şimali Koreyanın “nükleersizləşdirilməsi”nə sadiq olduqlarını bir daha bəyan ediblər.

Bildirilib ki, Pxenyanın ballistik raket buraxmasını pisləyən Blinken və Ço Şimali Koreyanın nüvə, raket proqramlarını maliyyələşdirən qeyri-qanuni mənbələrin fəaliyyətinin qarşısının alınması istiqamətində əməkdaşlığı davam etdirəcəklərinə söz veriblər.

Bildirilib ki, nazirlər “bu təxribatların” Cənubi Koreya, Yaponiya və ABŞ arasında əməkdaşlığı artıracağını vurğulayıblar.

ABŞ dövlət katibi Blinken sammit çərçivəsində Cənubi Koreya prezidenti Yoon Suk Yeol ilə də görüşüb.

Günel Məlikzadə