Alman kəşfiyyatı casusluq edəcək işçilər axtarır
    • 18-03-2024, 22:44
    • 138

Alman kəşfiyyatı casusluq edəcək işçilər axtarır

Almaniyanın xarici kəşfiyyat xidməti BND (Almaniya Federal Kəşfiyyat Xidməti - almanca: Bundesnachrichtendienst) ixtisaslı işçi qüvvəsi boşluğunu aradan qaldırmaq üçün yeni kampaniyaya başlayıb.

News24.az publika.az-a istinadən xəbər verir ki, BND kəşfiyyat xidmətləri üçün qeyri-adi üsula əl atıb. Paytaxt Berlin və Bonnda "Terrorçu axtarırıq", "Onları bizimlə tapın" yazılan plakatlar hazırlayıb.

Kampaniya çərçivəsində hazırlanan afişalarda və sosial media reklamlarında casusluq filmlərindən məlum olan sirli görüntülər, animasiyalar, sözlər və musiqilərdən istifadə edilib. BND prezidenti Bruno Kahl kampaniyanı dəyərləndirərkən əhalinin yaşlanmasının təşkilatda kadr çatışmazlığına səbəb olduğunu vurğulayıb.

BND sənətkarlıqdan casusluğa qədər 450 fərqli peşədə müxtəlif təhsil səviyyələrinə malik işçilər axtarır.