Qazaxıstan Prezidenti ölkənin gerbini dəyişdirir
    • 18-03-2024, 18:17
    • 141

Qazaxıstan Prezidenti ölkənin gerbini dəyişdirir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin dövlət gerbini dəyişdirmək niyyətində olduğunu açıqlayıb.

News24.az  xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Tokayevin sözlərinə görə, o, “peşəkarların və maraqlanan vətəndaşların, o cümlədən gənclərin əsaslı arqumentlərini nəzərə almağı məqsədəuyğun hesab edib.

“Qazaxıstanın gerbinin qavranılması çox çətindir, onda eklektizm və sovet dövrünün əlamətləri var”,- deyə Prezident bildirib.

O qeyd edib ki, əgər ümumi razılıq olarsa, bütün aspektləri əsaslı şəkildə nəzərdən keçiriləcək:

“Ondan sonra İctimai müzakirələr aparılaraq xüsusi komissiya yaratmaq olar. Sonra biz Qazaxıstanın yeni dövlət gerbinin ən yaxşı eskizi üçün açıq müsabiqə elan edəcəyik”, - deyə o vurğulayıb.

Mehriban Mirzəzadə