-
- 19-03-2024, 10:53
- 284
AXCP-nin şöbə sədrinə narkotiklə bağlı cinayət işi açıldı
Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.
News24.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləti davam etdirilir.