İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
    • 19-03-2024, 11:43
    • 295

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. 

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. 

Təchizatçının kimliyinə gəlincə, bu, "Auto Azərbaycan" MMC-dir. "Auto Azərbaycan" MMC "Hyundai" şirkətinin Azərbaycandakı distribütorudur.

İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb. 

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.