-
- 19-03-2024, 13:47
- 308
Kim artilleriya bölmələrinin təlimini yoxladı
Şimali Koreya lideri Kim Çen In nüvə silahı daşıya bilən çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə artilleriya bölmələrinin təlimini izləyib.
News24.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kimin nəzarəti altında keçirilən təlim zamanı atılan ən azı 6 raketin görüntülərini paylaşıb.
Kim bildirib ki, təlim çərçivəsində istifadə edilən nüvə qabiliyyətinə malik çoxsaylı reaktiv yaylım atəşi sistemləri artilleriya bölmələrinin "döyüş qabiliyyətini" artıracaq.
Koreya yarımadasında müharibə olacağı təqdirdə Seulu “dağıdacaq” hərbi gücə sahib olduqlarını deyən Kim, müharibənin Şimali Koreyanın “düşmənləri” üçün fəlakətli nəticələri olacağı xəbərdarlığını edib.
Digər tərəfdən Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın fotoşəkillərdə göstəriləndən daha çox atış həyata keçirdiyi qeyd edilib.
Günel Məlikzadə