Qızıl axtarırdı, öldü
    • 19-03-2024, 18:55
    • 134

Qızıl axtarırdı, öldü

Taylandda köhnə mədəndə qızıl axtaran xəzinə ovçusu sürüşmə altında qalaraq ölüb.

News24.az xəbər verir ki, dünən axşam Taylandın cənub əyalətindəki Praçup Kiri Xandakı köhnə qızıl mədənində üç xəzinə ovçusu qızıl tapmaq üçün qazarkən torpaq sürüşməsi baş verib.

Hadisə zamanı qazdıqları tuneldə olan 3 nəfərdən 2-si ətrafdakıların köməkliyi ilə xilas edilərkən, digəri dağıntılar altında qalıb. Bir qazıcı ilə təxminən 5 saat davam edən iş nəticəsində xilasetmə qrupları 10 metr dərinlikdə olan xəzinə ovçunun cansız bədəninə çatıb. Praçup Kiri Xan vilayəti qubernatorunun müavini Kitipong Sookparksakun verdiyi açıqlamada ərazinin ictimai mədən olduğunu və mədənçilərin öz təhlükəsizliklərinə cavabdeh olduğunu bildirib.

Hadisədən sonra köhnə mədənin ətrafı bağlanıb, qəzadan sağ çıxmağı bacaran iki xəzinə ovçusu sağlamlıqları yoxlanıldıqdan sonra sorğu-sual olunmaq üçün polis bölməsinə göndərilib.

Günel Məlikzadə