Rusiyada qızıl mədənində uçqun
    • 19-03-2024, 12:53
    • 118

Rusiyada qızıl mədənində uçqun

Rusiyanın Amur vilayətində qızıl mədənində daş uçması nəticəsində 13 işçi sıxılmış vəziyyətdə qalıb. İşçilərin xilası üçün işlərə başlanılıb.

News24.az xəbər verir ki, Rusiyanın şərqindəki Amur vilayətinin Zeya şəhərində ölkənin ən böyük qızıl mədənlərindən biri olan “Pioner” mədənində dünən iş zamanı qaya parçası düşüb.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada mədəndə qapalı qalan işçilərlə əlaqə saxlamaq üçün səylərin davam etdiyi bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi Yakutiyadan 25 nəfərlik bir qrupun bölgəyə gəldiyini açıqlayıb. Bildirilib ki, Xabarovsk vilayətindən 13 nəfərdən ibarət qrup helikopterlə bölgəyə göndərilib.

Mədən şirkəti hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Günel Məlikzadə