Sevda Mürşüdovanı avtomobil vurdu
    • 20-03-2024, 08:54
    • 197

Sevda Mürşüdovanı avtomobil vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Mürşüdova Sevda Bəhram qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.