Bu marşrut üzrə əlavə 9 qatar reysi təyin edildi
    • 20-03-2024, 13:35
    • 179

Bu marşrut üzrə əlavə 9 qatar reysi təyin edildi


Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə daha 9 qatar reysi təyin edilib.

News24.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, 22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq.

"Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və yaXUD "ADY Mobile" tətbiqini yükləyə bilərsiniz",- məlumatda qeyd edilib.