Dünən ölkə ərazisində 41 nəfər saxlanıldı
    • 20-03-2024, 14:23
    • 199

Dünən ölkə ərazisində 41 nəfər saxlanıldı


Ölkə ərazisində daha 41 cinayət işinin üstü açılıb.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bunlardan 31-i ötən gün, 10-u isə əvvəlki dövrlərdən qalan cinayətdir.

Bildirilib ki,  axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.