Məşhur tennisçinin sevgilisi intihar etdi
    • 20-03-2024, 20:39
    • 219

Məşhur tennisçinin sevgilisi intihar etdi


Dünyanın ikinci tennisçisi Arina Sobolenkonun sevgilisi, “Salavat Yulayev”in keçmiş məşqçisi Konstantin Koltsov intihar edib.

News24.az Lent.az-a istinadən bildirir ki, bu barədə Mayami polisinin mətbuat xidməti xəbər verir.

“Martın 18-də Bal-Harbor polisi və yanğından xilasetmə qüvvələri bir kişinin özünü eyvandan atması səbəbindən St. Regis Bal Harbour Resort hotelinə göndərilib. Heç bir şübhəli hal aşkar edilməyib”, - məlumatda bildirilir.

Konstantin Koltsov Sobolenkoya dəstək olmaq üçün Mayamiyə uçmuşdu.