Anasını və ögey atasını zəhərlədi - ƏTRAFLI
    • Bu gün, 11:32
    • 91

Anasını və ögey atasını zəhərlədi - ƏTRAFLI

Balaşixada altı ay anası və ögey atasını zəhərləyən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, müstəntiqlərin fikrincə, Balaşixadan olan 25 yaşlı oğlan yanvar-iyun aylarında qidaya güclü kimyəvi maddələr töküb. Bundan sonra ailə üzvləri özlərini pis hiss ediblər.

Səhhətləri kəskin pisləşən cütlük xəstəxanaya yerləşdirilib. Həkimlər xəstələrin başına gələnləri öyrənə bilmədiklərinə görə istintaq şöbəsi ilə əlaqə saxlayıblar.

Mənzildə aparılan araşdırmalar zamanı insan sağlamlığını əhəmiyyətli dərəcədə pisləşdirə biləcək kimyəvi elementlərdən ibarət məhsullar tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kameralar quraşdıraraq qadının oğlunun bu maddələri əlavə etdiyini təyin ediblər. 

Dindirmə zamanı o, etiraf edib və gəncə qarşı cinayət işi açılıb.

Məryəm İlhamqızı