Mingəçevirdə kişi meyiti AŞKARLANDI
    • 21-03-2024, 21:54
    • 247

Mingəçevirdə kişi meyiti AŞKARLANDI


Mingəçevirdə kişi meyiti aşkarlanıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Günəş küçəsi 4a ünvanında  qeydə alınıb. İlkin araşdırma zamanı ölən şəxsin 1966-cı il təvəllüdlü Eldar Allahverdiyevə məxsus olduğu müəyyən olunub.

Qeyd edək ki, ölən şəxs  bacısı ilə eyni fərdi həyət evində yaşayırmış. Onun psixoloji problemlərdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.