6,1 bal gücündə zəlzələ baş verdi
    • 22-03-2024, 13:12
    • 118

6,1 bal gücündə zəlzələ baş verdi

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) açıqlamasında, səhər saatlarında baş verən 6,1 bal gücündə zəlzələnin episentrinin Şərqi Yava əyalətinin Tuban şəhərinin 132 kilometr şimalında olduğu bildirilib.

News24.az xəbər verir ki, 10 kilometr dərinlikdə baş verən zəlzələdə ilkin təsbitlərə görə tələfat və dağıntı olmadığı qeyd edilib.

Bu arada zəlzələdən sonra nəhəng dalğa xəbərdarlığı edilməyib.

Günel Məlikzadə