32 kilo arıqlayan Sonaxanımın indiki halı - FOTO
    • 22-03-2024, 22:28
    • 229

32 kilo arıqlayan Sonaxanımın indiki halı - FOTO


Aktrisa Sonaxanım Əliyeva plastik əməliyyat etdirməsi iddialarına cavab verib.

News24.az metbuat.az-a istinadla xəbər verir ki, o, əməliyyat etdirmədiyini deyib. Aktrisa bu haqda "Ay Zaur" proqramında açıqlama verib:

"107 kiloqram idim. 4 ay ərzində 32 kiloqram çəki atmışam. Çoxları deyir mədəkiçiltmə etdirmişəm. Bütün günü efirdəyəm, necə əməliyyat etdirdim? Haqqıma girirsiniz. Getdim həkimə, analiz verdim, nə yemək olar, nə olmaz dedilər. 4 aya insulin dirəncim yerinə gəldi, xolesteronum düşdü, qaraciyər piylənməm aradan qalxdı. Hazırda 75 kiloqramam".